Neftçalada 71 yaşlı kişini cərəyan vurub öldürdü
26
sen
2025
18:47
Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Pirəbbə kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Cabir Eyvazov yaşadığı evin həyətində ehtiyat su çəninə su vurmaq istəyərkən ehtiyatsızlıqdan su motorunun naqilindən elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisi...