Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanılıb
25
iyn
2025
17:28
Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki "BMW" markalı avtomobilin sürücüləri saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.
Həmin şəxslər barəsində inzibati protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.
Oxşar xəbərlər
Kəlbəcərdə 39 yaşlı şəxs sursat partlayışı nəticəsində xəsarət alıb
Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi v...