Naxçıvanda narkotikin təsiri altında olan sürücü SAXLANILDI

Naxçıvanda narkotikin təsiri altında olan sürücü SAXLANILDI
Foto
Hadisə 0

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Naxçıvan şəhəri ərazisində hərəkətdə olan KIA markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı M.Əhmədovun narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Naxçıvanda narkotikin təsiri altında olan sürücü SAXLANILDI

Son xəbərlər