Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
10
fev
2025
11:40
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
BAKU.WS xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün "Mercedes-Benz" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verib.
Sürücü E.Həsənov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...