Narkotik çəkib "Shacman" sürdü - Polis saxladı
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Bakı–Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlət qeydiyyat nişanı olmayan "Shacman" markalı yük avtomobilinin sürücüsü saxlanılıb.
BAKU.WS xəbər verir ki, sürücü məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıb.
Araşdırma zamanı sürücünün narkotik vasitənin təsiri altında, sürücülük hüququ olmadan, kütlə parametrlərini aşmaqla təkrar qayda pozuntusuna yol verdiyi müəyyən edilib.
Saxlanıldıqdan sonra süni gərginlik yaratmaq cəhdləri olsa da, YPX əməkdaşlarının çevik müdaxiləsi ilə vəziyyət nəzarət altına alınıb.
Toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə sürücü inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...