Namiq Mənanın restoranında dava: Həbs olunan var
Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən restoranların birində insident baş verib.
"Qafqazinfo" xəbər verir ki, restoranda Davamüştəri qismində olan 1986-cı il təvəllüdlü İ.Həsənov (şərti) dava salıb.
O, restoranın qab-qacaqlarını sındırıb, ünvansız söyüşlər işlədərək iaşə obyektinin iş rejimini pozub. Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərib.
Daha sonra saxlanılan şəxs polis şöbəsinə aparılıb və barəsində inzibati xətaya dair protokol tərtib edilib.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə İ.Həsənova 8 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, hadisənin baş verdiyi restoran tanınmış meyxanaçı Namiq Mənaya məxsusdur.
Oxşar xəbərlər
Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb
Qaxda məktəbdə yıxılan şagird xəsarət alıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Zəyəm kəndində baş verib. Kənd sakini 2012-ci il təvə...