Motosiklet təcili tibbi yardım maşını ilə toqquşdu
Nəsimi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Belə ki, kuryer və təcili tibbi yardım maşını toqquşub. Nəticədə, avtomobilin sürücüsü yaralanıb, kuryer isə faciəli şəkildə hadisə yerində həyatını itirib.
"Ambulans sürətlə hərəkət edib, kuryer də onun önündə olub. Gecə vaxtıdır, yol sürüşkəndir, diqqətli olmaq lazımdır", - hadisə şahidi söyləyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı motosikletin 29 yaşlı sürücüsü həyatını itirib. Avtomobili idarə edən şəxs və 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən t...