Moskvada meyiti tapılan azərbaycanlı uşağın atası danışdı - İlginc faktlar

17
fev
2018
14:01
Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.BAKU.WS-in bakupost-a istinadən verdiyi məlumata görə, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.N.Rzayev qeyd edib ki, 1 ay əvvəl uşağın analizlərini verib və tamamilə sağlam çıxıb. Uşağın atası daha bir maraqlı faktı açıqlayıb. O, qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edib.Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.Qeyd edək ki, bağça tərbiyəçilərinin sözlərinə görə, onlar 25 uşaqdan ibarət qrupu gəzintiyə çıxarıb. Bir müddətdən sonra Zəhra Rzayevanın qrupda olmadığı məlum olub. Onu qısa müddət sonra qarda huşsuz vəziyyətdə tapıblar.Uşaqlar bildirib ki, qız onların daha əvvəl oynadığı evə gedib, oyuncaqları götürmək istəyib.Bağçaya təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq Z.Rzayevanı xilas etmək mümkün olmayıb.BAKU.WS

Oxşar xəbərlər
Bağçada 3 yaşlı Zəhranın faciəvi ölümü - TƏFƏRRÜAT
Rusiya paytaxtında yerləşən uşaq bağçasında 3 yaşlı azərbaycanlı qız uşağının meyiti tapılıb.BAKU.WS xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata...