Mərkəzi Bank iki BOKT-nin vəzifəli şəxslərini cərimə etdirdi
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinin tələblərinin pozulmasına görə "BOKT International" Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 min manat məbləğində cərimə edilib.
Oxşar pozuntu "M Bulak" bank olmayan kredit təşkilatının (BOKT) fəaliyyətində də qeydə alınıb. Belə ki, qurumun vəzifəli şəxsi ilə Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 min manat məbləğində cərimələnib.
Oxşar xəbərlər
Qaxda şagird məktəbdə yıxılaraq xəsarət alıb
Qaxda məktəbdə yıxılan şagird xəsarət alıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Zəyəm kəndində baş verib. Kənd sakini 2012-ci il təvə...