Masallıda 21 yaşlı şəxs qonaq qaldığı evdən oğurluq edib

Masallıda qonaq evi qarət edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən evlərin birində baş verib.
Belə ki, polisə evdən 12 min manat dəyərində qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə məlumat daxil olub.
Aparılan araşdırmalarla oğurluq hadisəsinin həmin evdə qonaq olmuş şəxs tərəfindən törədilməsi müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə pol...
