Manana Çaparidze təyyarə qəzasında həlak olanların xatirəsini yad edib
Əməkdar artist Manana Çaparidze Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında fotolar paylaşıb.
Həlak olanların xatirəsinə əbədiləşdirilən stendə güllər qoyan ifaçı onlara Allahdan rəhmət, ailələrinə isə səbr diləyib.
"Dəyərli Azərbaycan xalqı, bu böyük faciyə ilə bağlı, həlak olanların yaxınlarına, həmçinin, Azal şirkətinin bütün əməkdaşlarına və ümümilikdə, Azərbaycan xalqına, dərin hüznlə, baş sağlığı verirəm. Allah rəhmət eləsin, yerləri cənnətlik olsun! Sağ qalanlara isə Tanrıdan, can sağlığı diləyirəm" -deyə Əməkdar artist paylaşımına əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Yasamalda iki avtomobil toqquşdu
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, qəza Nariman Narimanov heykəlinin yaxınlığında qeydə alınıb. Hadisə zamanı...