Magistral yolda sürət həddini 200-ə çatdıran sürücü saxlanılıb
21
mar
2026
13:42
Magistral yolda sürət həddini kəskin şəkildə artıran sürücü saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20-FH-795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü, 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür", - deyə məlumatda vurğulanır.
Oxşar xəbərlər
Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. BAKU.WS...