Lerikdə elektrik cərəyanı "Aztelekom"un əməkdaşını vuraraq öldürüb
31
iyl
2025
22:55
Lerikdə elektrik cərəyanı "Aztelekom" MMC-nin əməkdaşını vuraraq öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Cəngəmiran kəndində baş verib.
Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Balı oğlu Həmidov təmir-bərpa işləri apararkən elektrik cərəyanı onu vurub. O, hadisə yerində ölüb.
S.Həmidovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...