Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN
07
avq
2026
21:10
Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın olub.
BAKU.WS xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində baş verib.
Belə ki, kolluq və quru otların yanması qısa müddətdə geniş əraziyə yayılıb.
Laçın Rayon Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürmə avtomobili və şəxsi heyəti hadisə yerinə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsindən sonra yanğının yaşayış evlərinə keçməsinin qarşısı alınaraq söndürülüb.
İlkin məlumata görə, yanğın zamanı təxminən 200 kvadratmetr sahədə olan bitkilər yanaraq məhv olub.
Oxşar xəbərlər
Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı - cinayət işi açıldı
Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb. BAKU...