Kürdəmirdə evdə yemək yeyən qohumlar kütləvi ZƏHƏRLƏNDİ

Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları müvafiq qurumlarla birgə araşdırmalar aparır.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.
İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
***09:02
Kürdəmirdə baş verən kütləvi zəhərlənmə zamanı zəhərlənən şəxslərin adları məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunlar rayonun Cəyli kənd sakinləri:
2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu
2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu
1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı
1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu
1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı
2008-ci il təvəllüdlü Şükürova Şəbnəm Qabil qızı
1994-cü il təvəllüdlü Şükürova Şəlalə Habil qızı
1977-ci il təvəllüdlü Şükürov Qabil İsgəndər oğludur.
Xatırladaq ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə 7 nəfər zəhərlənib. Onlardan biri uşaqdır.
Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Oxşar xəbərlər
ADSEA: Sumqayıtda tullantı sularının çaya axıdılması ilə bağlı araşdırma aparılır
Sumqayıtda "Bakı Qida və Yağ Fabriki"nin tullantı sularının çaya axıdılması faktı araşdırılır. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi...