AQTA "Naftalan" restoranındakı zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb

Kürdəmir rayonu, Xırdapay kəndində "Naftalan" ailəvi restoranında baş vermiş zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin kənddə fəaliyyət göstərən, fiziki şəxs Elşən Qıtan oğlu Əzizova məxsus "Naftalan" restoranında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb ediblər.
Eyni zamanda, hadisə nəticəsində zərər çəkmiş şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.
***09:07
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir
Səlimli Ümüd İlkin oğlu - 2010-cü il təvvəlüdlü
Şirəliyeva Firuzə Şaxtalı qızı - 1992-ci il təvvəlüdlü
Şirəliyeva Aydan Məmməd qızı - 2009-cu il təvvəlüdlü
Məmmədova Könül İlqar qızı - 1992-ci il təvvəlüdlü
Orucova Səadət Mehrab qızı - 2002-ci il təvvəlüdlü
Şəmiyev Mübariz Ənnağı oğlu - 1979-cu il təvvəlüdlü
Şəmiyeva Samirə Qara qızı - 1983-cü il təvvəlüdlü
Məmmədov Ramil Möhkəm oğlu - 1986-cı il təvvəlüdlü
Şəmiyev Ümid Mübariz oğlu - 2002-ci il təvvəlüdlü
Şəmiyeva Xatun Mübariz qızı - 2006-cı il təvvəlüdlü
Əsgərli Qurban Nizami oğlu - 2010-cu il təvvəlüdlü
Sultanlı Sehrayə İntiqam qızı - 2015-ci il təvvəlüdlü
Oxşar xəbərlər
Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə pol...
