Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu
Külli miqdarda mənimsəmədə təqsirləndirilən Beyləqan rayonu notariusu vəzifəsini icra edən Cəsarət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Cəsarət Qasımova bir il sınaq müddəti seçilməklə beş il altı ay müddətinə şərti cəza verilib.
İttihama əsasən, Cəsarət Qasımov işlədiyi dövr ərzində vəzifə saxtakarlığı edib, ümumilikdə 308 530 manat pul mənimsəyib. İstintaq dövrü ərzində barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib, dəymiş ziyan zərərçəkmişə tam şəkildə ödənilib.
Təqsirləndirilən Cəsarət Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.
Oxşar xəbərlər
Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb aşkarlandı
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Amil Dəmirov saxlanılıb. BAKU.WS xəbər verir ki, həmin şəxsdən...