Könül Vəlibəyli dəfn edildi
22
noy
2025
17:42
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib.
Bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib.
"Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü. İyirmi beş yaşlı qızı hələ də ağır vəziyyətdə reanimasiyada həyat uğrunda mübarizə aparır. Allahın rəhmi gəlsin", - o qeyd edib.
Qeyd edək ki, hadisə nəticəsində üç nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Oxşar xəbərlər
Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat
Bakıda tələbə Ayxan Vəlizadənin atasını qətlə yetirməsinin təfərrüatı məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qətlə yetirilən İftixar Vəlizadə 20...