Kiyevdə blogeri hədələyən azərbaycanlı tələbələr üzr istədi (VİDEO)

12
okt
2018
10:05
Kiyevdə azərbaycanlı tələbələrlə bloger Konstantin Andriyuk arasında qalmaqal baş verib. BAKU.WS-in məlumatına görə, qadağan edilən yerdə avtomobil park edən tələbələri çəkən bloger onlara bu hərəkətləri ilə bağlı sual ünvanlayıb. Kameraya çəkilən azərbaycanlı tələbələr bundan qəzəblənib və blogerlə mübahisəyə başlayıb. Daha sonra hədələnən bloger Youtube-da həmin görüntüləri yayıb. Qısa zamanda böyük səs küyə səbəb olan hadisədə azərbaycanlı tələbələrin blogerin üzərinə getdiyi və söyüş söydüyü əks olunub. Qeyd edək ki, hadisədən sonra bloger və azərbaycanlı tələbələr Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna dəvət olunub.
Diaspor məkdaşlarının söhbətlərindən sonra tərəfləri barışdırmaq mümkün olub.AbbasBAKU.WS


Oxşar xəbərlər
Qızlar azərbaycanlı blogerin maşınına hücum çəkdi (VİDEO)
Azərbaycanlı bloger Hüseyn Həsənov maraqlı video paylaşıb. BAKU.WS-in məlumatına görə, bloger maşının üzətrində qızları görərək təəccüblənib. Açıq-saçıq geyimdə...