Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: "Mismarla gözünü çıxarmaq istəyirdim"

Keçmiş sevgilisini öldürməyə cəhd edən şəxs HƏBS OLUNDU: Mismarla gözünü çıxarmaq istəyirdim
Hadisə 23

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci il noyabrın 7-də lazeroloq kimi çalışdığı gözəllik salonunun qarşısında öldürməyə çalışan şəxs əslində niyyətinin başqa olduğunu deyib.

Z.Həsənov məhkəmədə ifadəsində bildirib ki, Ceyranla 2024-cü ildə tanış olublar və bir ilə yaxın münasibət saxladıqdan sonra qadın ondan ayrılıb. O, Ceyranı öldürmək deyil, onun gözünün birini çıxarmaq niyyətində olduğunu deyib:

"Mən özümlə mismar götürmüşdüm. Onu yerə yıxıb bir gözünü çıxarmaq, bu yolla cəzalandırmaq istəyirdim. Bunu Ceyranın yaxınlarına da demişdim".

Qeyd edilib ki, hadisə vaxtı Ziya keçmiş sevgilisinə kəsici alətlə 9 zərbə endirib. Zərərçəkmiş şəxs deyib ki, o, xəstəxanaya çatdırılarkən artıq ürəyi dayanıbmış və tibb işçiləri elektroşokla ürək fəaliyyətini bərpa edərək onu ölümdən xilas ediblər.

Həmçinin məlum olub ki, Ziya evli və 2 uşaq atası olsa da, Ceyrangilin evinə elçi göndərib. Onlar xeyli vaxt qeyri-rəsmi münasibətdə yaşayıblar. Lakin sevgilisinə şiddət göstərdiyindən Ceyran polisə müraciət edib və Ziyaya Cinayət Məcəlləsinin 127, yəni qəsdən sağlamlığa az ağır zərərvurma maddəsi ilə iş açılıb, ona elektron qolbaq taxılıb. Bundan sonra Ziyanın qadına qarşı aqressiyası davam edib. Növbəti dəfə o, polis tərəfindən saxlanılaraq hakim qarşısına çıxarılıb və 10 günlük inzibati həbs edilib.

Ceyrana qarşı acıqlı olan Ziya həbsdən çıxandan sonra onu cəzalandıracağını, ömürlük şikəst edəcəyini deyib və işlədiyi gözəllik salonunun qarşısına gələrək həmin cinayəti törədib.

Bu dəfə polis əməkdaşları tərəfindən saxlanılan Ziyaya Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Ziya Həsənova 10 il 6 ay həbs cəzası verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər