Keçmiş müstəntiqin həbs müddəti uzadıldı
29
apr
2025
15:59
Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Məhkəmə yeni sübutların toplanmasını nəzərə alaraq müddətin artırılmasını zəruri hesab edib.
Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.
Qeyd edək ki, R.Səfərov 4 ay əvvəl həbs edilib. Ona qarşı ilkin olaraq külli miqdarda dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittihamlar irəli sürülüb.
Oxşar xəbərlər
Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi
Gəncə Şəhər İcra Hakimiyyətində vəzifəli şəxs istefa verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və ərazi-t...