Keçmiş arvadını döyən şəxsə hökm oxundu
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Xəki Babaşovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Turanə Cəfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.
İttiham sənədinə görə, hadisə 2025-ci il noyabrın 6-da, saat 7 radələrində paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Belə ki, Xəki Babaşov keçmiş həyat yoldaşı, zərərçəkmiş Maya Bəşirovanın (adı və soyadı şərtidir) yaşadığı evdə qonaq otağında olarkən qadının mobil telefonunu əlindən alıb. Bu səbəbdən onların arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən zərərçəkmişi ağız nahiyəsindən sağ əli ilə vurub. Nəticədə Mayanın üst dodağında qançır, selikli qişada qansızma və üst damaqda nöqtəvari qansızmalar qeydə alınıb. Bu xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulması kimi qiymətləndirilib.
Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə çıxış edərək təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı hər hansı şikayət və tələb irəli sürmədiyini bildirib.
Oxşar xəbərlər
Keçmiş ərinin qətlində ittiham olunan qadın: "Mən onu evdən sağlam yola salmışdım"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə paytaxtda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmova...