İstanbulda keçirilən aksiyalarda bugünədək 168 nəfər həbs olunub
30
mar
2025
17:54
İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsindən sonra Türkiyədə keçirilən icazəsiz aksiyalarda indiyə kimi 268 nəfər həbs olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, saxlanılanların dəqiq sayı isə hələ məlum deyil.
Son məlumatlara görə, etirazlarla bağlı olaraq iki minə qədər adam saxlanılmışdı.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...