İşə düzəltmək adı ilə dələduzluq edən şəxs "Milyonların şousu"nda 8000 AZN qazanıbmış

İşə düzəltmək adı ilə dələduzluq edən şəxs Milyonların şousunda 8000 AZN qazanıbmış
Hadisə 451

Xarici ölkələrdə işə düzəltmək adı ilə insanları aldadan şəxs barədə təfərrüat məlum olub.

BAKU.WS xəbər verir ki, xarici ölkələrdə işə düzəltmək adı ilə dələduzluq edən Yusif Abdullayev oktyabrın 18-də "Milyonların şousu" verilişində iştirak edib və 8 000 AZN pul mükafatı qazanıb.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində insanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar.

Onlar zərərçəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Y.Abdullayev və E.Malayev bu yolla 20-dən çox zərərçəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər.

Faktlarla bağlı Nəsimi RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şa...

46 Hadisə 19:28 08 fevral 2026

Son xəbərlər