İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb
İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qeyd edək ki, Adnan Əhmədzadə ötən il sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...