İranda faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi
25
may
2026
13:05
Azərbaycanın Təbrizdəki baş konsulu Ramil İmranovun cənazəsi ölkəmizə gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, mərhumun cənazəsi Göyçay rayonunda dəfn olunacaq.
Qeyd edək ki, R.İmanov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.
Oxşar xəbərlər
Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb...