İranda Azərbaycan vətəndaşının meyitini başqa şəxsin cəsədi ilə səhv saldılar
İranda Azərbaycan vətəndaşının meyiti başqa şəxsin cəsədi ilə səhv salınıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Astara şəhərində yerləşən Şəhid Beheşti xəstəxanasının rəhbəri Yədullah Xorəmi bildirib.
Onun sözlərinə görə, hadisə dünən xəstəxananın morqunda baş verib.
Xəstəxana rəhbəri bildirib ki, ölüm hallarından sonra morqa təhvil verilmiş iki şəxsin - biri Azərbaycan vətəndaşı, digəri isə 45 yaşlı Astara sakini - cəsədləri səhv salınıb.
Xorəminin sözlərinə görə, Azərbaycan vətəndaşının meyitinin yarılması ilə bağlı hüquqi prosedur mövcud olduğuna görə, onun cəsədi morqa yerləşdirilib. Lakin məsul əməkdaşın səhlənkarlığı nəticəsində həmin meyit yerli vətəndaşın cəsədi ilə qarışdırılıb.
Səhv İran vətəndaşının ailəsi meyiti təhvil almağa gələn zaman aşkar olunub.
Oxşar xəbərlər
Sumqayıtda 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Sumqayıtda bədbəxt hadisə baş verib. BAKU.WS "Report"a istinadən verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb. Belə ki, 59 yaşlı Hilal...