İmişlidə ağır AVTOQƏZA: Həyatını İTİRƏNLƏR VAR

İmişli şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00-da baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Vahid Şirəliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü Vidadi Cəfərovun idarə etdiyi VAZ-21099 markalı avtomobil toqquşub.
Hadisə nəticəsində üç nəfər - Çahar kənd sakinləri olan, VAZ-21099-un sürücüsü V.Cəfərov və sərnişinləri - 1964-cü il təvəllüdlü Gülbəniz Cəfərova, 1956-cı il təvəllüdlü Vilayət Abbasova hadisə yerində həyatlarını itiriblər.
Həyatını itirən şəxslərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli Rayon Şöbəsinə təhvil verilib.
Qəza zamanı xəsarət alan Samirə Cəfərova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bulvar ərazisinə girərək qəza törədən "BakuBus" sürücüsünün səhhətində problem yaranıbmış
Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında "BakuBus" MMC-yə məxsus 125 nömrəli müntəzəm marşrut xətti üzrə hər...
