İki vəkilin fəaliyyəti müvəqqəti dayandırıldı
08
okt
2025
17:28
2025-ci il oktyabrın 8-də Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
İclasda İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə iki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, dörd vəkilə xəbərdarlıq edilib və bir vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə olunub, zəruri qərarlar qəbul edilib.
Oxşar xəbərlər
Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş
Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan sürücünün müəllim işlədiyi üzə çıxıb. BAKU.WS xəbər verir ki, bu barədə Oxu...