İcra hakimiyyətinin qəbulundakı qalmaqalla bağlı AÇIQLAMA
"Həmin hadisədə iştirak edən şəxs İlqar Məmmədov (və ya İlqar Məhərrəmov) deyil, Goranboy rayonunun Qızılhacılı kənd sakini, 1962-ci il təvəllüdlü, Sudan İstifadə Birliyinin icraçı direktoru A. İsgəndərovdur".
BAKU.WS xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
"Bir sıra Kütləvi İnformasiya Vasitələrində Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etdiyi üçün saxlanılan şəxsin İlqar Məmmədov olduğu barədə məlumat yayılıb.
Qeyd edirik ki, xəbər başlıqlarında və paylaşımlarda istifadə olunan foto Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 10 saylı Gəncə–Daşkəsən Regional Bölməsinin rəisi İlqar Məhərrəmova məxsusdur.
Bu foto ilə yayılan məlumatlar həqiqəti əks etdirmir! İctimaiyyətə bildiririk ki, həmin hadisədə iştirak edən şəxs İlqar Məmmədov (və ya İlqar Məhərrəmov) deyil, Goranboy rayonunun Qızılhacılı kənd sakini, 1962-ci il təvəllüdlü, Sudan İstifadə Birliyinin icraçı direktoru A. İsgəndərovdur", - deyə məlumatda vurğulanıb.
***15:25
Goranboy Rayon İcra Hakimiyyətində (RİH) keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İ.Məmmədov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyevə hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.
İ.Məmmədov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib:
"Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Z.Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım".
İcra başçısının müavini isə qeyd edib ki, İ.Məmmədova digər vətəndaşlarla eyni münasibət göstərilib:
"O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi".
Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məmmədov 6 sutkalıq həbs edilib.
Oxşar xəbərlər
Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
Bir neçə ay əvvəl bağlanan Azadlıq Partiyasının sədri Əhməd Oruc insult keçirib. BAKU.WS xəbər verir ki, bununla bağlı Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc mə...