"Hilton" hotelinin yaxınlığında insident baş verib
20
apr
2025
17:09
Bu gün səhər saatlarında Almaniyanın paytaxtı Berlində yerləşən "Hilton" hotelinin yaxınlığında silahlı insident qeydə alınıb.
BAKU.WS xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, atışma yerli vaxtla saat 04:45 radələrində Mohrenştrass və Şarlottenştrass küçələrinin kəsişməsində baş verib.
Hadisə nəticəsində azı bir nəfərin xəsarət aldığı bildirilib. Polis ilkin olaraq insidentin şəxsi mübahisə zəminində baş verdiyini ehtimal edir. Hazırda iki şübhəli şəxs axtarılır, atışma baş verən ərazi isə təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
Oxşar xəbərlər
İşlədiyi mağazadan 10 min manat oğurlayan şəxs saxlanıldı
Xətai rayonunda yerləşən mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb....