Marketdə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən marketə məxsus yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***16:28
Bu gün Bakının Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı görüntülər "qaynar xətt"ə göndərilib.
İlkin məlumata görə, yanğın Araz marketə məxsus olduğu iddia edilən yardımçı anbarda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb olunub.
FHN-dən verilən rəsmi məlumata görə, yanğın operativ şəkildə söndürülüb.
Oxşar xəbərlər
Saxta vəkil ifşa olundu, iki min manat cərimələndi
Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu Rayon Prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb ol...