Günlərdir öldüyü deyilirdi, bu gün vəfat etdi
Bir neçə gün əvvəl Gəncədə "DNK Hospital"a müalicə üçün yerləşdirilən 1989-cu il təvəllüdlü Ayaz Məmmədov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Qafqazinfo"ya mərhumun yaxınları bildirib.
Onların sözlərinə görə, Ayaz Məmmədov bir neçə saat öncə klinikada dünyasını dəyişib.
Xatırladaq ki, Ayaz Məmmədovun yaxınları bir neçə gün öncə "DNK Hospital" klinikasının qarşısında həkimlərə etiraz etmişdilər.
Onlar bildirmişdilər ki, Ayaz vəfat edib, lakin həkimlər onun meyitini məqsədli şəkildə reanimasiya şöbəsində saxlayıblar.
Xəstəxana rəsmiləri isə bu iddiaları təkzib etmişdi.
Ayaz Məmmədov iyulun 24-də Gəncə şəhərində "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Mərhum ailəli olub və iki övladı var.
Oxşar xəbərlər
Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki h...