Güclü külək Bakıda 16 ağacı aşırıb

Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən BAKU.WS-ə bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.
Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.
Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.
***10:04
Bakıda güclü külək daha bir ərazidə fəsadsız ötüşməyib.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, gecə Yasamal rayonu Kazım Kazımzadə küçəsində ağac budağı qoparaq yola düşüb.
Xoşbəxtlikdən xəsarət alan olmasa da, budaq yolun hərəkət istiqamətinə düşüb və maşınların keçidi üçün bağlayıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti məlumatına görə, iyunun 3-də Azərbaycan ərazisində güclü şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda BU DAYANACAQ müzakirələrə səbəb oldu - AYNA-dan RƏSMİ cavab
Bu cür dayanacaqların təşkil edilməsi beynəlxalq təcrübədə də geniş istifadə olunur və standartlara uyğundur. Bunu BAKU.WS-ə açıqlamasında AYNA-dan bildiriblər...