Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib
10
noy
2024
09:20
Göyçayda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, noyabrın 9-da saat 21 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisindən keçən hissəsində Sabir Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Fərid Seyidovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
Bakının Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb. Bu barədə BAKU.WS Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlə...