Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu - ANBAAN VİDEO
Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qızılhacılı qəsəbə sakini Kəmalə Abdullayeva "Nissan" markalı avtomobili idarə edərkən 2014-cü il təvəllüdlü Zeynəb Bayramovanı vurub.
11 yaşlı qız müxtəlif bədən xəssrətləri alıb. Hazırda vəziyyəti kafidir.
Hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayevanın Goranboy rayon Mərkəzi Xəstəxanasında həkim işlədiyi bildirilir.
***14:05
Goranboyda 2014-cü il təvəllüdlü Bakı şəhər sakini Z.Bayramovanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, marketlərin birinin qarşısında yolu keçmək istəyən yeniyetməni Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmalə Abdullayevanın idarə etdiyi "Nissan" markalı minik avtomobili vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Oxşar xəbərlər
Bakıda dönərxanada YANĞIN başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...