Goranboyda sursat anbarında YANĞIN
Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.
Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.
Xəsarət alan olmayıb.
Goranboyda silah-sursat anbarında yanğın hadisəsinin ərazisinin genişləndirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilib.
Bunu Goranboy rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov jurnalistlərə açıqlamasında deyib.
O, rayonun Nizami kəndi ərazisində yanğınla nəticələnən partlayış hadisəsindən sonra dərhal Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının toplanışının keçirildiyini qeyd edib:
"Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanılıb".
O qeyd edib ki, hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aidiyyəti qurumlar yanğın hadisəsinin ərazisinin genişləndirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilib:
"Goranboydda baş vermiş hadisə zamanı əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib, əhali tam təhlükəsiz qaydada, təhlükəsiz ərazilərə yaxın ərazilərə köçürülüb".
S.Nəzərov kənddə rayon icra hakimiyyəti və polis şöbəsi əməkdaşlarından ibarət stasionar postların quraşdırıldığını qeyd edib:
"Kəndlərin giriş-çıxışında təhlükəsizlik qaydalarına tam riayət olunur. Heç bir fəsad qeydə alınmayıb, tələfat yoxdur, heç bir ciddi itki qeydə alınmayıb. Əhali tam təhlükəsiz şəraitdə saxlanılır. Yanğının söndürülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar birgə fəaliyyət göstərirlər".
Oxşar xəbərlər
Terrorçuluğu maliyyələşdirən iki nəfərə hökm oxundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzr...