Goranboyda döyülən şəxs xəstəxanada ölüb
24
mar
2026
10:44
Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Goranboyda xəsarət alaraq Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib. Mübahisə zamanı E.Ağalı sonuncuya xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qaradağ kanalında batan şəxsin meyiti tapılıb
Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində iyulun 17-də batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Föv...