Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular
Yanğın hadisəsi təxminən gecə 1-in yarısında baş verib. Dərhal hadisə yerinə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, FHN-in əməkdaşları gəldilər və təhlükəsizlik məqsədilə insanlar ərazidən təxliyə edildilər.
BAKU.WS xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Goranboy rayonunun Nizami kəndi yağınlığında sursat anbarında baş verən yanğınla müşayiət olunan partlayış barədə danışan sakin İnqilab Kazımov bildirib.
Onun sözlərinə görə, insanlar xüsusi avtobuslarla ərazidən təxliyə olunublar.
Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Oxşar xəbərlər
Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA
Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. BAKU.WS xəbər verir...