Girdimançayda selə düşən 3 nəfər xilas edilib
Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər - Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğlu (1985) xilas edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan 3 nəfər "Niva" markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıb.
Hadisə ilə bağlı gecə saat 01:57-də İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və FHN-in 101 Çağrı Xidmətinə müraciət daxil olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib.
Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri xilas ediblər.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə yeni "abituriyent tələsi": Balları artırmaq adı ilə valideynləri necə aldadırlar?
Sosial şəbəkələrdə imtahan ballarının artırılması ilə bağlı vədlər verən dələduzlar yenidən aktivləşiblər. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son gün...