General-mayor Abbasəli Novruzov dəfn edildi
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov dəfn edilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, dəfndə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Abbasəli Novruzov dünən səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
Abbasəli Novruzov 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.
Qalereya
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...