Gəncədə VANDALLIQ: Şəhidlərin xatirəsinə ucaldılan abidəyə ziyan vurublar
Ötən gün gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən İstiqlal parkının ərazisində yerləşən və 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykəlin mərmər üzlüyünün bir neçə hissəsi qırılaraq zədələnib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Gəncə İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, İstiqlal parkında şəhidlərin ruhuna hörmətsizlik edənlər istirahət məkanında heykəlin və ərazidə mövcud olan şəhid şəkillərinin işıqlandırılması üçün nəzərdə tutulan sistemə də ziyan vurublar:
"Bir neçə plafon qırılıb, bir işıqlandırma sistemi isə oğurlanıb.
Hazırda Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) müvafiq şöbələri tərəfindən parkın ərazisində baş vermiş xoşagəlməz hadisənin aradan qaldırılması istiqamətində təmir və bərpa işlərinə start verilib".
Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində işlər görülür.
Oxşar xəbərlər
Qaradağ kanalında batan şəxsin meyiti tapılıb
Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində iyulun 17-də batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Föv...