İlkin Süleymanovun vəkili SAXLANILDI
Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Z.Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.
Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.
Onun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkilliyinin altı ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.
Vəkil Zabil Qəhrəmanov daha çox Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınıb.
Oxşar xəbərlər
Afaq Bəşirqızı ƏMƏLİYYAT OLUNDU: "Riskli idi"
Xalq artisti Afaq Bəşirqızı əməliyyat olunub. BAKU.WS xəbər verir ki, aktrisanın həkimi Turab Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, əməliyyat riskli...