Gəncədə bir qrup sakinin gününü qara edən problem: "Topalam mən, düzəltsinlər bunu"
Gəncə şəhəri, Ozan küçəsi, üçüncü dalanda yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Sakinlər yaşadıqları yolun baxımsız vəziyyətdə olmasından şikayətləniblər.
Onların sözlərinə görə, daha əvvəl yol asfalt örtüyü ilə təmin olunub. Lakin ərazidə su, kanalizasiya xətlərinin çəkilməsi zamanı asfalt örtüyü dağıdılıb və sonradan bərpa edilməyib.
"Suyu çəkib asfaltı dağıtdılar. Gözüm zəif görür, yıxılmışam. Belə zülm olar?", - deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə küçələrin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması, eləcə də içməli və çirkab su xətlərinin yenidən qurulması məqsədilə həyata keçirilən ikinci açıq kommunal infrastruktur proqramı layihəsinə paralel şəkildə aparılır.
Qurumdan verilən məlumata görə, layihə üzrə işlər yekunlaşan ərazilərdə asfalt örtüyünün bərpası mərhələli qaydada təmin ediləcək.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Keçmiş icra başçısının oğlunun güllələdiyi şəxsin son vəziyyəti AÇIQLANDI
Yevlaxda baş verən silahlı insident zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yanvarın 16-da, saat 11:40...