Füzulidə mina partlayışı: Ölən var
12
mar
2026
21:10
Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.
BAKU.WS "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Ramil Maşallah oğlu Hacıyev atla hərəkətdə olarkən minaya düşüb.
Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...