Füzulidə biçilmiş taxıl sahəsində yanğın olub
04
sen
2025
09:53
Füzuli rayonunun Alxanlı kəndində açıq sahədə yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 60 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Məşhur müğənni təyyarə qəzasında həlak olub
Kolumbiyanın Paypa şəhərində baş verən təyyarə qəzasında məşhur müğənni Yeison Ximenes də daxil olmaqla altı nəfər həyatını itirib. Hadisə 10 yanvar, yerli vaxt...