Füzulidə 10-cu sinif şagirdi kanalda batdı, axtarışlar başladı
27
iyn
2025
14:01
Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.
Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.
Oxşar xəbərlər
Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında həlak olublar. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Vlodimir şəhərində baş verib. Belə ki, əslən Ucar...