"Formula 2": Bakıda növbəti qəza baş verib, bolidlər toqquşub
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu dəfə iki bolid toqquşub.
"İnvicta Racing"dən Roman Stanekin avtomobili "Van Amersfoort Racing"dən Con Bennettin bolidinə dəyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
*** 15:00
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bolidlərdən biri sıralama turunda səddə çırpılıb.
"Art Grand Prix"dən Viktor Martins uğursuzluqla üzləşib.
Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb. Onun bolidi trasdan götürülüb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
Oxşar xəbərlər
Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb
Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadas...