FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə məşqi keçirilib

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə məşqi keçirilib
Foto
Hadisə 32

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən "Qafqaz Konserv Zavodu" MMC Lənkəran Konserv Fabrikində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Nazirliyin Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, məşqdə FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları, "Qafqaz Konserv Zavodu" MMC Lənkəran Konserv Fabrikinin mülki müdafiə qərərgahının, fövqəladə hallar komissiyasının üzvləri və mülki müdafiə dəstələri iştirak ediblər.

Məşqin keçirilməsində əsas məqsəd müəssisənin mülki müdafiə planının reallığının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması, müəssisə personalının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, "fövqəladə hadisə" ilə mübarizə tədbirləri reallaşdırılıb.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Oxşar xəbərlər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb. Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb. Zərərçəkən Rəhman Əsgərov...

28 Hadisə 23:48 24 dekabr 2025

Son xəbərlər