Erməni silahlı bölmələri atəşkəs rejimini 16 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 16 dəfə pozub
Hadisə 858

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.

BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Ermənilər təxribata əl atdılar

Ermənilər təxribata əl atdılar

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub. Ermənistan...

1226 Hadisə 09:04 14 iyul 2016

Son xəbərlər